Menu

Rusiya MN “Axmat” xüsusi təyinatlı dəstəsi ilə ilk müqaviləni imzalayıb

12.06.2023, 10:09
Rusiya MN “Axmat” xüsusi təyinatlı dəstəsi ilə ilk müqaviləni imzalayıb

Rusiya Müdafiə Nazirliyi “Axmat” xüsusi təyinatlı dəstəsi ilə ilk müqaviləni imzalayıb.

APA xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Dəstənin komandiri Aptı Alaudinov qeyd edib ki, bu müqavilə, "Axmat" xüsusi təyinatlıları və Rusiya Silahlı Qüvvələrini sosial paket və təminat baxımından bərabərhüquqlu edəcək.

Nazirlikdən həmçinin o da əlavə olunub ki, hazırda Ukraynada Rusiya ordusunun bölmələri ilə birlikdə kifayət qədər sayda bölmələr, könüllü dəstələr və digər hərbi birləşmələr iştirak edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol