Menu

RUSLAR ZAPOROJYEDƏ DAHA BİR BƏNDİ PARTLADIB – “Mokri Yala çayının hər iki sahilini su basıb”

12.06.2023, 11:35
RUSLAR ZAPOROJYEDƏ DAHA BİR BƏNDİ PARTLADIB – “Mokri Yala çayının hər iki sahilini su basıb”

“Rus işğalçıları Zaporojye vilayətinin Novodarovka yaxınlığındakı bəndi partladıblar, lakin bu, Ukrayna Silahlı Qüvvələrinin hücumuna təsir etməyəcək”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın Tavriya Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mərkəzinin spikeri Valeri Şerşen deyib.

O, düşmənin xeyli gərgin olduğunu, Zaporojye istiqamətində müdafiə xəttinin dağılmasının qarşısını almaq üçün istənilən vasitəyə əl atdığını bildirib:“Bizdə olan məlumata görə, düşmən Novodarovka qəsəbəsi yaxınlığında bəndi uçurub və bu, Mokri Yala çayının hər iki sahilinin su basmasına səbəb olub”.

Ukrayna rəsmiləri hesab edirlər ki, Rusiya Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu çətinləşdirmək üçün ərazini bataqlaşdırmağa çalışır.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol