“Düşmən artilleriya və aviasiyadan istifadə etməklə qoşunlarımızın mövqelərinə uğursuz hücum cəhdlərini davam etdirir. Lakin müdafiəçilərimiz bu hücumları dəf edirlər”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq komandalığının sözçüsü Sergey Çerevatı bildirib.
Çeravatı son sutka ərzində Baxmut istiqamətində Rusiya ilə Ukrayna arasında üç toqquşmanın baş verdiyini deyib: “Düşmən Baxmutdakı mövqelərimizi 249 dəfə artilleriya atəşinə tutub, həmçinin iki hava hücumu təşkil edib. Düşmən əks-hücumlarını davam etdirsə də, heç bir uğur əldə edə bilmir. Biz də imkan daxilində əks-hücumlar edirik. Cinahlardan təxminən 250 metrdən 700 metrə qədər irəliləyə bilmişik. Rusiyanın 66 nəfər hərbçisi məhv edilib, 83 nəfər yaralanıb, üç nəfər isə əsir götürülüb”.
“AzPolitika.info”


Şərhlər