Menu

Azərbaycanda orta aylıq əməkhaqqı 11 % artıb

12.06.2023, 12:16
Azərbaycanda orta aylıq əməkhaqqı 11 % artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 10,8 % artaraq 913,9 manat təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bu il mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 32,9 min nəfər və yaxud 1,9 % artaraq 1734,2 min nəfər olub. Onlardan onlardan 901,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 833,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,2 %-i təhsil, 18,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 %-i sənaye, 8,3 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 %-i tikinti, 6,4 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6 %-i peşə, elmi və texniki fəaliyyət, 2,1 %-i maliyyə və sığorta fəaliyyəti, 14,3 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Şərhlər

Vətəndaş 2023-06-12 21:43:40

11 % artım heç bir əsası olmadan deputatların və bəzi işçilərin əmək haqqının min manatlarla artımı heabına ortaya çıxan rəqəmdir.Hətta bu artın hər gün davam edən bahalaşma fonunda yüksək rəqəm deyildir.Ölkədə qiymət siyasətini özbaşına buraxdığından insanların yaşamı dözülməz həddə çatıb və ən pisi isə hakimiyyətin özünü bu məsələdən kənarda tutmasldlr

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol