Menu

"Xırdalanda valideynlər şəxsi təşəbbüsləri ilə müəllimlərə qızıl hədiyyə ediblər" - Təhsil İdarəsi

12.06.2023, 16:16
"Xırdalanda valideynlər şəxsi təşəbbüsləri ilə müəllimlərə qızıl hədiyyə ediblər" - Təhsil İdarəsi

Xırdalan 1 və 9 saylı məktəbin ibtidai siniflərinin buraxılış mərasimində valideynlərin ibtidai sinif müəllimlərinə qızıl zinət əşyası hədiyyə etmələrinə dair yayılan görüntülərə aydınlıq gətirilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma davam etdirilir.

"İlkin məlumat belədir ki, bu, sırf valideynlərin şəxsi təşəbbüsü və istəyi əsasında baş verib. Ortada heç bir məcburiyyət yoxdur. Həmçinin bu hadisə dərs zamanı deyil, dərsdənkənar olub. Valideynlərdən də izahat alınıb. Onlar da müəllimi müdafiə edərək, bunun şəxsi təşəbbüsləri olduğunu ifadə ediblər" - deyə cavabda qeyd olunub.

Şərhlər

Cümşüd Rzayev 2023-06-12 21:28:46

AZrbaycana 30 ildir təhsil anlayan,onu günün ytTəhsil naziritələbləri səviyyəsinə qaldırmaq düşünən,bu sahəni anlayan düz əməlli nazir tapılmadı. Gələn təhsili,onun səviyyəsini məhv etdi,rüşvəkorrupsiya,müəllimlərlə eksperiment etməklə məğul oldu.,,

dadaşyev 2023-06-12 16:57:07

Aaaa!A balam,başa düşmədik,bu cəmiyyətdə yalnız məmurlar yeyib içib şellənməlidir ki?Məmur respublikasıyıq biz?”Hər şey bankir üçün,hər şey məmur üçün” şüarı bəlkə yazaq asaq Domsovetin kəlləsindən?Xalq yemək istəmirmi,geymək istəmirmi,firavan yaşamaq istəmirmi?Adi normal yaşayış qənim olub ee insanlara,hələ televiziyaya çıxan məmurlarımızın yağlı-yağlı,yastı-yastı danışmağa dilləri də var?O müəllimələr Vasif Talıbov kimi,Akif Çovdarov kimi,Cahangir Hacıyev kimi büdcə malını,xalq malını,yetim-yesir malını çalıb çapmayıb ki.Halaldı vallah o müəllimələrə.Özü də ibtidai sinif müəllimələrinə xüsusilə.Valideynlər görüb ki,müəllimlərin əməyi qəpik-quruşla qiymətləndirilir,tamamilə düzgün ediblər,əllərini ciblərinə salıblar.Onlara da halal olsun vallah,övladlarına oxumaq yazmaq öyrədən insanların əməyini itirməyiblər.Müəllim və həkimlərin əməyi məhz qızılla dəyərləndirilməlidir,çünki birisi cəmiyyəti müalicə edir,o birisi xəstələri.Atatürk Cümguriyyətin ilk çətin,pulsuz illərində müəllimlərə maaşı imperial qızıllarla verdirmişdi və demişdi ki,bunlar Türkiyənin gələcəyinə uşaqlarımızı hazırladıqları üçün maaşları millətvəkillərinin maaşlarından çox olmalıdır.

Watchman 2023-06-12 16:47:05

Əlbəttə ki, öz zibilinizi ört-basdır etməliydiniz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol