Menu

Rusiya Krivoy-Roq şəhərinə hücum edib - 3 nəfər ölüb, 25 nəfər yaralanıb

13.06.2023, 09:27
Rusiya Krivoy-Roq şəhərinə hücum edib - 3 nəfər ölüb, 25 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri ötən gecə Ukraynanın Krivoy-Roq şəhərini atəşə tutub.

“Report”un xəbərinə görə, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.

O bildirib ki, beşmərtəbəli binaya hücum nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb. Xəsarət alanlardan 19-u xəstəxanadadır. 7 nəfər dağıntılar altında qalıb.

S.Lısakın sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri 3 qanadlı raketi məhv edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol