Zaporojye istiqamətində qərargah rəisi idi
Rusiya Ukrayna müharibəsində təkcə əsgər və kiçik, orta zabit heyətini deyil, generallarını da itirməkdə davam edir.
“AzPolitika.info” xəbər verir ki, Rusiya mətbuatında və sosial şəbəkələrdə Rusiya ordusunun general-mayoru Sergey Qoryaçevin iyunun 12-də məhv edildiyi barədə məlumat yayımlanıb. 1970-ci il təvəllüdlü generalın Zaporojye istiqamətində gedən döyüşlərdə məhv edildiyi bildirilir. O, həmin istiqamətdə döyüşən 35-ci ordunun qərargah rəisi vəzifəsini daşıyırmış.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan indiyə qədər 20-yə yaxın Rusiya generalının sıradan çıxarıldığı məlumdur.
“AzPolitika.info”



Şərhlər