Menu

“İran dron istehsalında Çin hissələrindən istifadə edir” – “Yeni dronlar Moskaya 3 aya çatdırılır”

13.06.2023, 11:37
“İran dron istehsalında Çin hissələrindən istifadə edir” – “Yeni dronlar Moskaya 3 aya çatdırılır”

İran Rusiyaya dronların çatdırılmasını sürətləndirmək üçün Çin hissələrindən istifadə edir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “The Wall Street Journal” nəşri məlumat yayıb.

“The Wall Street Journal” yazır ki, Qərb tədqiqatçıları bu ilin yazında Ukrayna səmasında vurulmuş İran pilotsuz təyyarəsini tədqiq edən zaman məlum olub ki, dronun ehtiyat hissələrindən biri Çin istehsalıdır və bu il hazırlanıb.

“Bu, İranın Ukraynaya qarşı müharibə aparan Rusiyaya nə qədər tez kömək edə biləcəyinin əyani sübutudur. Çin hissəsi yanvarda hazırlanıb, İrana göndərilib, quraşdırılıb, sonra Rusiyaya göndərilib və apreldə Ukraynaya qarşı istifadə olunub. Yəni, dronların Moskaya çatması üçün 3 ay vaxt kifayət edir”,- deyə məlumatda qeyd olunur.

Nəşr iddia edir ki, Çin ABŞ-ın sanksiyalarına məhəl qoymur və İranı dron proqramı üçün lazım olan bütün ehtiyat hissələri ilə təmi edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol