Ərdoğan Azərbaycanda hər ailədə beş uşaq olmasını arzu edib.
“Report”un xəbərinə görə, bunu Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatda bildirib.
“İndi önümüzdə atılacaq addımlar var. Bu addımlar uğurla atıldıqca Azərbaycan daha da uğurla irəli gedəcək. Mən Türkiyədə əhalinin artımı üçün bir ailədə üç uşaq deyirəm, Azərbaycanda əhalinin artımı üçün isə hər ailədə beş uşaq deyirəm. Bunu bacardıqda, Azərbaycan daha güclü olacaq. Əhali ölkənin gələcəklə bağlı praqdimasını dəyişdirir”.
Ərdoğan vurğulayıb ki, Türkiyə və Azərbaycan qardaş dövlətlər kimi gələcəkdə birlikdə inkişaf edəcək.


Şərhlər
Yeqin ushaq pulu verilmemesini hörmətli Ərdoğan da eshidib.Ons ishare verib ...
Azərbaycanda əhalinin sayca artımı nə ermənistanın,nə də Rusiyanın istəyinə uyğun gəlmir....
Bu arzunu hamı istəyir.Ancaq mövcud idarəetmədə heç kim buna risk edə bilmir.Çünki uşaq pulunun verilməməsi,çoxuşaqlı analara yardımın ləğv edilməsi.mövcud ərzaq və xidmətlərin bahalığı şəraitində az maaşla təminat bu məsələni həyata keçirməyə imkan vermir.Bunun olması üçün əhaliyə qarşı ögey münasibət aradan qalxmalı,uşaqların böyüməsi.təhsil alması,iş yerləri ilə təminat dövlət proqramında əks olunmalı və əhali bu sahədə qayğını hiss etməlidir..Bunu cənab Ətdoğanın diqqətinə çatdırılması vacibdir....
Rəisin xəbəri yoxdur yəqin Azərbaycanda uşaq pulu verilmir. Fikri gedib öz ölkəsinə