Menu

Beynəlxalq maliyyə qrupunun rəhbəri boğazını kəsərək intihar edib

21.11.2014, 08:55
Beynəlxalq maliyyə qrupunun rəhbəri boğazını kəsərək intihar edib

«Citigroup» iri maliyyə qrupunun idarəçi direktoru Şon Miller Nyu Yorkdakı mənzilində ölü tapılıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Bloomberg məlumat yayıb.

İlkin məlumata görə, Millerin intihar etdiyi ehtimal olunur. Nyu York polisinin məlumatına görə, Millerin boğazı kəsilmiş meyiti noyabrın 18-də mənzilindəki vanna otağında aşkarlanıb.

Məlumata görə, meyitin yanında bıçaq aşkarlanıb. Polis Millerin ölümündən əvvəl narkotik vasitələr və spirtli içki qəbul etdiyini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol