Menu

Mehriban Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğanla bağlı paylaşım edib

13.06.2023, 19:32
Mehriban Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğanla bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə bağlı paylaşım edib.

Əminə Ərdoğan ilə birgə fotosunu paylaşan Mehriban xanım Əliyeva qeyd edib: “Əziz bacım Əminə Ərdoğanı Bakıda görməyimə şadam! Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır. Bizim birliyimiz, bizim gücümüz məhz bundadır! Uca Tanrı xalqlarımızı qorusun!”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol