Menu

Rusiya ələ keçirdiyi “Leopard” tanklarının videosunu paylaşıb - VİDEO

13.06.2023, 21:01
Rusiya ələ keçirdiyi “Leopard” tanklarının videosunu paylaşıb - VİDEO

Rusiya Müdafiə Nazirliyi Zaporojyedə ələ keçirilən alman “Leopard” tanklarının və ABŞ-ın “Bradley” piyada döyüş maşınlarının videosunu yayımlayıb.

“AzPolitika.info” xəbər verir ki, paylaşılan videoda döyüş maşınlarını yoxlayan əsgərlər əks olunub.

Görüntülərlə yanaşı, müdafiə nazirliyi tərəfindən yayılan bəyanatda bu ifadələr yer alıb: “Leopard” tankları və “Bradley” piyada döyüş maşınları... Bunlar bizim kuboklarımızdır. Zaporojye vilayətində Ukrayna silahlı qüvvələrinin texnikası. Ələ keçirilən bəzi maşınların mühərrikləri hələ də işlək vəziyyətdədir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol