Menu

"Belarusdakı atom silahı Yaponiyaya tətbiq ediləndən 3 dəfə güclüdür" - Lukaşenko

13.06.2023, 22:32
"Belarusdakı atom silahı Yaponiyaya tətbiq ediləndən 3 dəfə güclüdür" - Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarus Rusiyadan Xirosima və Naqasakidə istifadə olunanlardan üç dəfə güclü raket və bombalar alıb.

O, bu barədə “Rossiya 1” telekanalına müsahibəsində bildirib.

“Bizim raket və bombalarımız var. Bomba Xirosima və Naqasakidən üç dəfə güclüdür. Orada 80 mindən çox insan bir anda, 250 mini bir zərbədən öldü. Və bu bir bomba üç dəfə daha güclüdür", - deyə Lukaşenko vurğulayıb.

Şərhlər

Veteran 2023-06-14 10:06:38

Ay kolxoz 3 dəfə yox 5 dəfədə güclü olsada siz sıfırsınız.İndi 45 -ci il yox 2023-cü ildir ay Qammaz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol