Menu

Masallıda itkin düşən yeniyetmə qız tapılıb

14.06.2023, 10:34
Masallıda itkin düşən yeniyetmə qız tapılıb

Bir neçə gün əvvəl itkin düşən Masallı rayonunun Ərkivan qəsəbə sakini, 16 yaşlı S.Şirinova tapılıb.

DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində yeniyetmənin Lənkəran şəhərində olduğu müəyyən olunub və ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol