Məlum olduğu kimi, bu gün Vladimir Putin Azərbaycana yeni səfir təyin edib. Səlahiyyət müddəti başa çatan Mixail Boçarnikovun əvəzinə Mixail Yevdakimov göndərilib.

“AzPolitika.info” xəbər verir ki, son vəzifəsi Rusiya Xarici İşlər Nazirliyinin Birinci MDB ölkələri Departamentinin direktoru olan Yevdakimovun bioqrafiyası o qədər də zəngin deyil.

1959-cu il təvəllüdlü yeni səfir bu günə kimi Rusiya XİN-də yüksək vəzifələr tutsa da, heç bir ölkədə səfir işləməyib.

1981-ci ildə SSRİ dövrünün ən məşhur ali məktəblərindən olan Moskva Beynəlxalq Münasibətlər İnstitutunu(“MQİMO”) bitirən Yevdakimov karyerasının demək olar əsas hissəsini XİN aparatında keçirib. 

1997-2001-ci illərdə Rusiyanın BMT-dəki daimi nümayəndəliyində baş məsləhətçi vəzifəsini daşıyan Yevdakimov sonradan Rusiya XİN-in Avropa şöbəsində müxtəlif vəzifələr tutub. O, 2011 –ci ildən isə Birinci MDB ölkələri Departamentində əvvəlcə direktor müavini, sonra direktor vəzifələrində çalışıb.

Ukraynadakı işğalçılıq müharibəsindən bir neçə gün əvvəl mətbuata müsahibə verən Yevdakimov “Ukraynanın istədiyi vaxt MDB-nin işində fəal iştirak edə biləcəyini” deyib.

O, həmin müsahibəsində Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü perspektivlərindən də danışıb.

“AzPolitika.info”

***

Rusiya Azərbaycana yeni səfir təyin edib.

APA xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin qərarı ilə səfir vəzifəsinə Mixail Yevdakimov təyin olunub.

Qeyd edək ki, Mixail Borçarnikovun səlahiyyət müddəti başa çatıb.

Xatırladaq ki, Mixail Yevdakimov Rusiya Xarici İşlər Nazirliyinin Birinci MDB ölkələri Departamentinin direktoru vəzifəsində çalışıb.