Menu

"Cənubi Qafqazda sülh üçün imkan yaranıb" - Ərdoğan

14.06.2023, 15:12
"Cənubi Qafqazda sülh üçün imkan yaranıb" - Ərdoğan

"Cənubi Qafqazda sülh üçün imkan yaranıb".

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi Türkiyə ilə Ermənistan arasındakı əlaqələrə də müsbət təsir edəcək: “Azərbaycanda olanda həmkarım İlham Əliyevlə Ermənistanla münasibətlərin normallaşmasına dair müzakirələr apardıq. Artıq regionda sülh üçün imkan yaranıb. Bu fürsətin əldən verilməməsi üçün bütün tərəflər məsuliyyətli davranmalıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol