Menu

"Kommunikasiyaların açılmasına dair danışıqlarda yekun nəticə yoxdur" - Mirzoyan

14.06.2023, 18:43
"Kommunikasiyaların açılmasına dair danışıqlarda yekun nəticə yoxdur" - Mirzoyan

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan regional kommunikasiyaların açılmasına dair danışıqlarda müəyyən irəliləyiş görür.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu XİN başçısı parlamentdə deyib.

Amma o bildirib ki, hələlik yekun nəticə yoxdur və o, müzakirələrin təfərrüatlarını açıqlaya bilmir.

O, hökumətin kommunikasiyaların, xüsusən də “Erməni kəsişməsi” konsepsiyası çərçivəsində açılmasında maraqlı olduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol