Menu

Milli Məclisin deputatları ABŞ-a səfər edib - FOTO

14.06.2023, 21:49
Milli Məclisin deputatları ABŞ-a səfər edib - FOTO

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov, deputatlar Asim Mollazadə, Nigar Arpadarai və Anatoliy Rafailov ABŞ-a səfər ediblər.

APA-nın xəbərinə görə, nümayəndə heyəti səfər çərçivəsində respublikaçı senator Rafael Edvard (Ted) Kruzla görüşüb.

Səməd Seyidov bildirib ki, görüşdə dünya və regiondakı vəziyyətlə bağlı geniş müzakirə aparılıb.

Qeyd edək ki, səfərdə çərçivəsində deputatlar ABŞ Konqresinin senatorları və deputatları ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı müzakirələr aparılacaq.

Səfər iyunun 17-də başa çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol