Menu

MEDİA jurnalistlər üçün təlim keçirib - FOTOLAR

14.06.2023, 23:01
MEDİA jurnalistlər üçün təlim keçirib - FOTOLAR

13-14 iyun tarixlərində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Rəqəmsal mediada “storytelling” və müasir publisistika” mövzusunda təlim keçirilib.

"AzPolitika.info" xəbər verir ki, təlimlərin keçirilməsində əsas məqsəd jurnalistlərin 360 dərəcəli məzmun tərtibatına dair bacarıqlarının artırılması və bu istiqamətdə inkişaf imkanlarının genişləndirilməsidir.

Qeyd edək ki, təlim proqramı çərçivəsində “Haber Global”ın mütəxəssisi Can Mumay multimedia vasitələrindən istifadə edərək jurnalistika fəaliyyəti ilə məşğul olma, müasir mediada məzmunun daha interaktiv formada təqdim olunması imkanları, şəkillər, videolar, infoqrafika və səs effektləri kimi bir çox elementləri bir araya gətirərək xəbərlərin təsvir edilməsinə dair öz təcrübələrini bölüşüb.

Proqram çərçivəsində iştirakçılara məqalə mətnlərinin ilkin versiyaları, daha sonra videomətn versiyaları, o cümlədən hər bir xəbər mətninin ümumiləşdirilərək “Twitter”də təqdimat formaları nümayiş etdirilib.

Təlim proqramının yekununda iştirakçılara sertifikatlar təqdim olunub.

Elvin

"AzPolitika.info"




Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol