ABŞ İranda həbsdə olan vətəndaşlarını azad etmək və İranın nüvə proqramının qarşısını almaq üçün Tehranla gizli şəkildə diplomatik əlaqəyə keçib.
"AzPolitika.info" xəbər verir ki, bu barədə ABŞ-ın "Wall Street Journal" (WSJ) nəşri öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumatda iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında dekabr ayında danışıqların başladığı qeyd olunub.
Bundan əlavə, bildirilir ki, Ağ Ev rəsmilərin ən azı 3 dəfə Omana gedərək, bu ölkənin səlahiyyətli şəxslərinin köməyi ilə İran tərəfi ilə danışıqlar aparıb.
"AzPolitika.info"


Şərhlər