Menu

Daha bir neçə firmada "H5N8" virusu aşkarlandı

21.11.2014, 09:12
Daha bir neçə firmada "H5N8" virusu aşkarlandı

Rəsmilər virusa yoluxduğu ehtimal edilən daha 43 min baş quşu məhv ediblər.

Nideralandda daha bir neçə firmada quş qripi kimi tanınan "H5N8" virusu aşkarlanıb. ANS PRESS-in məlumatına görə, artıq bu həftə ərzində ikinci belə haldır. Virus Ter Ar kəndində aşkarlanıb. Rəsmilər virusa yoluxduğu ehtimal edilən daha 43 min baş quşu məhv ediblər. Bir qədər əvvəl "H5N8" virusuna yoluxma halları Hekendorp kəndində də müşahidə olunmuş, nəticədə 150 min toyuq və ördək məhv edilmişdi. Mütəxəsislər virusun köçəri quşlar tərəfindən yoluxduğunu məruzə ediblər. Oxşar yoluxma halları, eyni zamanda, Almaniya və Böyük Britaniyada da müşahidə olunub.

"H5N8" virusu "H5N1" virusundan fərqli olaraq insan həyatı üçün təhlükəli hesab olunmur. "H5N1" virusuna yoluxma halında isə, xəstələrin 60 faizi ölümcül olur. Ümumdünya səhiyyə təşkilatı virusun insanlar arasında yoluxma ehtimalının az olduğunu məruzə edib. /Associated Press

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol