Menu

"Metroda xidmət yüksək səviyyədə təşkil olunubmu ki, insanlar taksidən istifadə etməsin?!" - Fazil Mustafa

16.06.2023, 12:26
"Metroda xidmət yüksək səviyyədə təşkil olunubmu ki, insanlar taksidən istifadə etməsin?!" - Fazil Mustafa

"Metroda xidmət yüksək səviyyədə təşkil olunubmu ki, insanlar taksidən istifadə etməsin?!"

"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, bu gün Azərbaycanda taksi sürücüləri işsiz qalmış müəllim, həkim və yaxud başqa peşə sahibləridir:

"Ona görə də biz digər sahələrdə problemlərimizi həll etməliyik ki, taksi sahəsinə yalnız peşəkarlar gəlsin. Tıxaclarla bağlı məsələdə də məncə taksini bəhanə etmək düzgün deyil. Metroda xidmət yüksək səviyyədə təşkil olunubmu ki, insanlar taksidən istifadə etməsin?! Buna bir sosial problem olaraq baxmaq lazımdır. Buna nəqliyyat problemi kimi baxsaq, doğru nəticə əldə edə bilmərik".

Şərhlər

TARIX 2023-06-16 12:44:00

KİM DAĞİTDI ŞƏHƏRLƏR ƏTRAFI DƏMİR YOLU XƏTLƏRİNİ,TRAMVAY,TRELEYBUS İNFRASTRUKTURUNU?CAVAB:VƏTƏNƏ DEYİL,ÖZÜNƏ XİDMƏT EDƏN ACGÖZ MƏMURLAR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol