Menu

Məhbuslar bu şərtlə azadlığa buraxılacaqlar... – Yeni qanun lahiyəsi Dumaya təqdim olunub

16.06.2023, 15:08
Məhbuslar bu şərtlə azadlığa buraxılacaqlar... – Yeni qanun lahiyəsi Dumaya təqdim olunub

Aylardır davam edən Ukrayna müharibəsində 200 mindən çox hərbçi itirən Rusiya, cəbhəyə adam yollamaq üçün məhbuslarla müqavilə imzalamağa hazırlaşır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Qərb kəşfiyyatı məlumat yayıb.

Məlumata görə, “Vahid Rusiya” Partiyasının deputatları müxtəlif cinayətlərə görə 10 il müddətinə azadlıqdan məhrum edilmiş şəxslərin ordu sıralarına qoşulmaq şərti ilə əfv edilməsini nəzərdə tutan yeni qanun layihəsi hazırlayıblar.

Dumaya təqdim edilən “Məhkumların əfv şərtləri” adlı layihəyə əsasən, yüngül və orta ağır cinayətlərə görə 10 ilə qədər azadlıqdan məhrum edilən şəxslər ordu ilə müqavilə imzalayaraq azadlığa buraxılacaqar.

Qeyd edək ki, qətl kimi ağır cinayətlərə görə cəza alan məhkumlar bu qanun layihəsindən yarararlana bilməyəcəklər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol