Menu

Rusiyanın 100-dən artıq hərbçi itirdiyi hücumun videosu yayıldı - VİDEOLAR

16.06.2023, 15:23
Rusiyanın 100-dən artıq hərbçi itirdiyi hücumun videosu yayıldı - VİDEOLAR

Rusiyanın Kremennaya şəhəri yaxınlığında yüzlərlə hərbçisinin məhv edilidiyi hücumun videosu yayılıb.

“AzPolitika.info” xəbər verir ki, sözügedən video “DeepState OSINT” “Teleqram” kanalı tərəfindən yayımlanıb.

Paylaşımı edən kanalın açıqlamasına görə, rusların 144-cü motoatıcı alayının bölmələri “HIMARS” raketləri ilə vurulub.

Hərbi analitiklər isə vidodakı yük maşınlarının sayına diqqət çəkiblər. İlkin ehtimallara görə, həmin yük maşınları 30 hərbçini daşımaq üçün nəzərdə tutulub.

Paylaşılan videodan məlum olur ki, rusların olduğu əraziyə 2 raket zərbəsi endirilib. Raketlərdən biri nəqliyyat vasitələrinin yaxınlığına, digəri isə hərbçilərin toplaşdığı meşəlik əraziyə düşüb.

Videonun son kadrlarında isə rusların zərbə bölgəsindən bir hərbçini necə təxliyə etdiyi göstərilir.

Xatırladaq ki, ötən gün yayılan məlumata görə, Luqansk vilayətinin Kremennaya şəhərində generalın motivasiya çıxışını dinləmək üçün bir araya toplaşan hərbçilərə iki saat gözləmək əmri verilib. Daha sonra Ukrayna Silahlı Qüvvələri rus hərbçilərin uzun müddət eyni nöqtədə qaldıqları əraziyə raket zərbələri endiriblər.

İlkin ehtimallara görə, hadisə nəticəsində 100-dən artıq rus hərbçi həlak olub.

“AzPolitika.info”





Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol