Menu

İran Ermənistana ixracı artırmağa çalışır – Səfir Zəncanlı sahibkarlarla görüşüb

16.06.2023, 15:33
İran Ermənistana ixracı artırmağa çalışır – Səfir Zəncanlı sahibkarlarla görüşüb

İran Ermənistana 3 milyard dollarlıq ixrac hədəfləyib.

“AzPolitika.info” xəbər verir ki, bunu İranın Ermənistana yeni təyin olunan səfiri Mehdi Subhani ötən gün Zəncan əyalətinin Ticarət Palatasının rəsmiləri ilə görüş zamanı deyib.

Zəncanlı sahibkarlarla görüşdən məmnunluğunu ifadə edən diplomat bildirib ki, İranın Ermənistana ixrac həcmi artmalıdır.

“Zəncanlı iş adamlarının qaldırdıqları məsələlər və problemlərdən məlumatım var və Ermənistanla daha çox əlaqə qurmaq üçün istehsalçıların problemlərinin həlli istiqamətində mütləq əlimdən gələni edəcəyəm”,-deyə o, qeyd edib.

Qeyd edək ki, İran hökuməti son illər Güney Azərbaycan əyalətlərini məqsədyönlü şəkildə işğalçı Ermənistanla siyasi, iqtisadi və mədəni əlaqələr qurmağa sövq edir.

“AzPolitika.info”

Şərhlər

Eli 2023-06-16 15:43:04

Zencan eyaleti Azerbayccan eyaletidir ve ehalinin 99-%-i azerbaycanlılardan ibaretdir.İran-fars molla ermeni rejimi dünya ermeni diasporları ile çıx iyrenc ve alçaq siyaset aparır ve dünyaya göstermek isteyir buyutun baxın azerbaycanlıkar bele bir milletdir-dünya malından ötrü qardaş qardaşın düşmeni ile dostluq edir.Farsın nece mekrli bir milket olduğunu ise hamı tarixden çıx gözel bilir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol