Menu

Gürcü nazir Bakı və İrəvana vasitəçilik təkilif edir – “Sülhə töhfəmizi verməyə hazırıq”

16.06.2023, 22:29
Gürcü nazir Bakı və İrəvana vasitəçilik təkilif edir – “Sülhə töhfəmizi verməyə hazırıq”

“Tiflis növbəti dəfə İrəvan və Bakı arasında vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu iyunun 16-da Gürcüstan parlamentində çıxışı zamanı Xarici İşlər naziri İlya Darçiaşvili bildirib.

"Gürcüstanın qonşu ölkələrə münasibətdə xarici siyasəti balanslaşdırılmış tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlığa yönəlib", - nazir əlavə edib.

Onun sözlərinə görə, Gürcüstan regionda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində intensiv işləyir.

“Məqsədimiz regionda sülh, sabitlik, mehriban qonşuluq və iqtisadi inkişafı təşviq etməkdir, biz bu istiqamətdə intensiv işləyirik və bu, bizim əsas prioritetlərimizdən biridir. Biz Gürcüstanın regionda sülhün və sabitliyin təmin edilməsində təbii rol oynadığına inandığımız üçün gələcəkdə də bu istiqamətdə iştirakımızı davam etdirməyə hazır olduğumuzu bildiririk. Biz istənilən vaxt öz dəyərli töhfəmizi verməyə hazırıq. Gürcüstanın Baş nazirinin bu prosesdə şəxsən iştirakını və onun iki cənub qonşumuzu yaxınlaşdırmaq, belə deyək, münasibətləri yaxşılaşdırmaq səylərinin gətirdiyi konkret nəticələri hamımız yaxşı xatırlayırıq”, - İlya Darçiaşvili vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol