Menu

251 polkovnik, 161 pilot öldürülüb – Rus ordusunun təsdiqlənmiş itkiləri açıqlandı

17.06.2023, 12:48
251 polkovnik, 161 pilot öldürülüb – Rus ordusunun təsdiqlənmiş itkiləri açıqlandı

Jurnalistlər Ukrayna ilə müharibədə 25 528 rus hərbçisinin öldüyünü təsdiqləməyə nail olublar. Onların arasında 2498 nəfər səfərbərliklə orduya çağırılanlardır.

“AzPolitika.info” xəbər verir ki, müharibə başlayandan bəri bu araşdırmalar “Mediazona”, BBC Rus Xidməti və könüllülər qrupu tərəfindən aparılır.

Jurnalistlərin fikrincə, müharibəyə cəlb edilmiş məhbuslar müəyyən edilmiş itkilərin ən əhəmiyyətli kateqoriyası olaraq qalır. Ölənlərin əksəriyyəti Krasnodar diyarı, Sverdlovsk və Çelyabinsk vilayətləri, Başqırdıstan, Buryatiya və Volqoqrad vilayətindən olan şəxslərdir.

Təsdiqlənmiş itkilər arasında Rusiya ordusunun və digər hüquq-mühafizə orqanlarının 2150-dən çox zabiti də var. Onlardan 251 nəfəri polkovnik-leytenant və ondan yuxarı rütbədədir. Müharibədə 161 hərbi pilotun öldüyü də məlumdur.

Tədqiqatçıların fikrincə, Baxmuta qış hücumu zamanı rus qoşunları ilk həftələrdə daha çox insan itirə bilərdi.

"Mediazona" və BBC-nin monitorinqinə yalnız açıq mənbələr - sənədlər, qohumların mesajları, məzarlarla bağlı məlumatlar əsasında ölümü müəyyən edilən şəxslər düşür. Həqiqi itkilərin sayı bir neçə dəfə çox ola bilər.

Rusiya Müdafiə Nazirliyi şəxsi itkilərlə bağlı məlumatları açıqlamır və jurnalistlərin verdiyi rəqəmləri şərh etmir. Birləşmiş Ştatlar yanvar ayında Rusiyanın Ukraynada itkilərini 270-300 min ölü və yaralı kimi qiymətləndirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol