Menu

Kiyev Putinin İsrail hökuməti tərəfindən qınanmasını istəyir

17.06.2023, 19:25
Kiyev Putinin İsrail hökuməti tərəfindən qınanmasını istəyir

İsrail rəsmiləri Rusiya Prezidentinin Ukrayna lideri Volodimir Zelenski haqqında dediyi sözlərini kəskin tənqid edib.

Dünən Sankt-Peterburq İqtisadi Forumunda çıxışı zamanı Vladimir Putin Ukrayna Prezidentini “yəhudi xalqı üçün biabırçılıq” adlandırıb (guya, Putinin adını çəkmədiyi yəhudi dostlarının ona belə dediyini bildirib).

Ukraynanın baş ravvini Moşe Reuven Azman müharibənin əvvəlində həyatı üçün təhlükə olmasına baxmayaraq ölkəni tərk etməyən Zelenski ilə fəxr etdiyini bildirib.

"Mən və Ukraynanın bütün yəhudi icması, bütün azad dünya kimi, Prezident Zelenskini dəstəkləyirik", - "Ukraine Now" ravvindən sitat gətirib.

Öz növbəsində Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk vurğulayıb ki, Kiyev Putinin İsrail hökuməti tərəfindən qınanmasını gözləyir.

“Əks halda, Zelenskinin həyat yoldaşının İsrailə yaxın vaxta planlaşdırılan səfəri təxirə salınacaq və ya ləğv ediləcək”, - Korniyçuk bildirib.

Diplomat Rusiya prezidentinin fikirlərini antisemitizm adlandırıb və yəhudi xalqına qarşı yönəlidiyini vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol