Menu

Bayden Ukraynanın NATO-ya üzvlüyünü sadələşdirməycək

17.06.2023, 20:35
Bayden Ukraynanın NATO-ya üzvlüyünü sadələşdirməycək

ABŞ Prezidenti Cozef Bayden Ukraynanın Şimali Atlantika Alyansına daxil olması prosedurunu sadələşdirmək niyyətində deyil.

“Report” bu barədə “RBC-Ukraina”ya istinadən xəbər verir.

Baydendən Ukraynanın NATO-ya daxil olmasına köməklik edib-etməyəcəyi sualına ABŞ Prezidenti qısaca “xeyr” cavabını verib.

Daha əvvəl “Axios” mənbələrə istinadən xəbər verib ki, NATO-nun baş katibi Yens Stoltenberq Cozef Baydenə təklif irəli sürüb. Təklifə əsasən alyans Ukraynanın üzvlük istiqamətində irəliləyiş əldə etdiyini bildirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol