Menu

BMT-nin İnkişaf Proqramı Ukraynanın bərpasına 1 milyard dollar ayıracaq

17.06.2023, 21:17
BMT-nin İnkişaf Proqramı Ukraynanın bərpasına 1 milyard dollar ayıracaq

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri Axim Ştayner Ukraynanın baş naziri Denis Şmıqalla görüşdə ölkənin bərpası üçün 1 milyard dollar toplanılacağını bildirib.

APA-nın məlumatına görə, bu barədə Şmıxal özünün Telegram kanalında yazıb.

“BMT-nin İnkişaf Proqramı tərəfdaşları ilə birlikdə Ukraynanın bərpası üçün 1 milyard dollar toplayır. Bu barədə Kiyevdəki görüşümüz zamanı BMT-nin İnkişaf Proqramının rəhbəri Acim Steiner məlumat verib”, dedi.

Şmıxal qeyd edib ki, söhbət zamanı köçürülən müəssisələrin, kiçik və orta biznesin dəstəklənməsi məsələsi qaldırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol