Menu

Azərbaycan millisi Estoniya ilə heç-heçə edib

17.06.2023, 22:14
Azərbaycan millisi Estoniya ilə heç-heçə edib

AVRO-2024-ün seçmə mərhələsində III turun oyunları keçirilib.

APA xəbər verir ki, F qrupunda mübarizə aparan Azərbaycan millisi Estoniya ilə mübarizə aparıb.

“Dalğa Arena”dakı qarşılaşma autsayderlərin dueli sayılırdı. Görüşdə ilk qolu qonaqlar vurublar. 27-ci dəqiqədə Rauno Sappinen fərqlənib. İlk hissədə zəif təsir bağışlayan Azərbaycan millisi 62-ci dəqiqədə hesabı bərabərləşdirib.

Künc nöqtəsindən ötürülən topu başla qapıdan keçirən Anton Krivotsyuk qonaqları mərkəzə dəvət edib.

Qeyd edək ki, qrupumuzun digər matçında liderlər qarşılaşacaq. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunda Belçika Avstriyanı sınağa çəkəcək.

AVRO-2024-ün seçmə mərhələsi

III tur, F qrupu

17 iyun

20:00. Azərbaycan – Estoniya - 1:1

Qollar: Anton Krivotsyuk, 62 - Martin Miller, 27

Baş hakim: Andrey Berka (Çexiya)

Bakı. “Dalğa Arena”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol