Menu

“Ukraynanın Baş Komandanı xarici ölkədədir” - Putin

18.06.2023, 14:58
“Ukraynanın Baş Komandanı xarici ölkədədir” - Putin

Rusiya prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnıyın xarici ölkədə ola biləcəyini deyib.

"Report" xəbər verir ki, bunu Rusiya dövlət başçısı hərbi komandirlərlə söhbəti zamanı Aleksandr Sladkovun sualını cavablandırarkən bildirib.

Putin əlavə edib ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanından soruşmaq olar: “Bilirəm. Düşünürəm ki, bilirəm. Amma bunun üçün xarici dilə keçmək lazımdır. Mənə elə gəlir ki, o, xaricdədir. Amma səhv də edə bilərəm".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol