Güclü külək və leysan Biləsuvar və Cəlilabadın bir sıra ərazilərini işıqsız qoyub.
Bu barədə "Report"un yerli bürosuna rayon sakinləri məlumat verib.
Sakinlərin bildirdiyinə görə, güclü külək və leysan səbəbindən elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Qeyd edək ki, hazırda hər iki rayonda küləklə müşahidə olunan leysan yağır. Hələlik leysanın digər fəsadları haqqında məlumat yoxdur.


Şərhlər
Rayonumuzda bütün elektrik xətləri təzələndi. 2 il bu təzələnmənin zibilin çəkmək də daha hər külək əsəndə işıqlar sönməz deyə ümidlə dözdük. Amma daha betər oldu. İndi meh əsəndə də işıqlar sönür və adını qoyurlar tufan olub. Görünür Azərenerji təzə naqilləri cəkəndə ya elə bilib daha külək əsməyəcək, ya da yedikləri dən kimə də haqq verəndə əstəfürüllah elə biliblər ki, Tanrı ilə müqavilə baglayıblar ki, külək əsməyəcək.
Külək güclü olsa da, olmasa da işıqlar sovet dövründən qalma kimi hər yerdə sönməkdə davam edir. Milyardlar "xərcləndi" amma heç nə dəyişmədi. Əksinə indi daha pis oldu. İndi asqıranda da, öskürəndə də, o...randa da işıqlarımızın sönəcəyinə şübhə edənlərə axmaq deyirik. Beləliklə enerji sahəsində olmasada ən azı "belə" məsələlərdə inkişaf ediriz. İnşəallah....