Mətbuatda və sosial şəbəkələrdə Ukrayna xüsusi təyinatlılarının Rusiya hərbçilərinin olduğu səngərə basqınını əks etdirən video yayımlanıb.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu əməliyyat nəticəsində azı 10 Rusiya hərbçisi məhv edilib.

Xəbərdə qeyd olunur ki, xüsusi tətinatlılar düşmənin arxa xəttinə keçərək, işğalçı ordunun mövqelərinə qəflətən hücum ediblər. Əməliyyatın Ukraynanın cənubunda baş verdiyi bildirilsə də, konkret hansı istiqamətdə həyata keçirildiyi qeyd edilmir.

“AzPolitika.info”