Menu

Aİ Ukrayna üçün 50 milyard avroluq yardım paketi hazırlayır

20.06.2023, 17:35
Aİ Ukrayna üçün 50 milyard avroluq yardım paketi hazırlayır

Avropa İttifaqı Ukraynaya dəstək üçün 50 milyard avroya yaxın maliyyə yardımı paketi təklif etməyə hazırdır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Bloomberg” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyasının bu təklifi Ukrayna hökumətinin cari xərclərinin maliyyələşdirilməsinə və yenidənqurma işləri üçün prioritet sahələrə yönəldiləcək.

Yeni yardım paketinin çərşənbə axşamı elan ediləcəyi bildirilir.

Sözügedən yardımın qrantlar, güzəştli kreditlər və zəmanətlər şəklində təklif olunacağı deyilir.

Həmçinin qeyd olunur ki, təklif olunan paket Ukraynanın maaşların, pensiyaların və bəzi dövlət xidmətlərinin ödənilməsi üçün istifadə etdiyi yardımı əsas infrastrukturun bərpası ilə bağlı xərclərlə birləşdirmək məqsədi daşıyır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol