Menu

"Putin Ukraynada taktiki nüvə silahından istifadə edə bilər” - Cozef Bayden

20.06.2023, 13:58
"Putin Ukraynada taktiki nüvə silahından istifadə edə bilər” - Cozef Bayden

“Rusiya Prezidenti Vladimir Putin taktiki nüvə silahından istifadə edə bilər”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

O bildirib ki, bu təhlükə realdır.

C.Bayden V.Putinin Rusiyanın Belarusa ilk taktiki nüvə silahlarını yerləşdirməsi ilə bağlı açıqlamasının məsuliyyətsizlik kimi qiymətləndirib.

Qeyd edək ki, Rusiya rəsmiləri, o cümlədən Prezident V.Putin bir neçə dəfə deyiblər ki, Ukrayna ilə müharibədə nüvə silahının tətbiqi mümkündür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol