Noyabrın 21-də Yaponiya hökuməti parlamentin aşağı palatasına növbədənkənar seçki təyin edib. Seçki dekabrın 14-də olacaq.
“Media forum” saytı xəbər verir ki, aşağı palata imperator Akixitonun sərəncamı ilə buraxılıb.
Yaponiyanın baş naziri Sindzo Abe parlamentin aşağı palatasının buraxılması qərarını hakim Liberal Demokrat Partiyasının noyabrın 18-də keçirilən növbədənkənar iclasında bəyan etmişdi.
Hökumət başçısı ölkədə iqtisadi problemlər yarandığını vurğulamışdı: “Mənfi iqtisadı göstəricilərlə əlaqədar istehlak vergisinin gələn il nəzərdə tutulduğu həcmdə - 8%-dən 10%-ə artırılması qeyri-müəyyən müddətə təxirə salınır”. O əlavə etmişdi ki, üçüncü rübdə ümumi daxili məhsul istehsalı ötən ilin uyğun dövrü ilə müqayisədə 1,6% azalıb.
Yaponiyada son parlament seçkisi 2012-ci ilin dekabrında keçirilib. Həmin seçkidə Sindzo Abenin rəhbərlik etdiyi Liberal Demokrat Partiyası qalib gəlib.


Şərhlər