Menu

Naxçıvanın Baş nazirinə yeni müavin təyin olunub

20.06.2023, 17:03
Naxçıvanın Baş nazirinə yeni müavin təyin olunub

Naxçıvan Muxtar Respublikası Baş nazirinə müavin təyin edilib.

"Report"un yerli bürosu xəbər verir ki, bu vəzifəyə Bəxtiyar İbrahim oğlu Məmmədov təyinat alıb.

O, kollektivə bu gün təqdim olunacaq.

Qeyd edək ki, B.Məmmədov bundan əvvəl SOCAR-ın Neft Emalı Zavodunun direktoru vəzifəsində çalışıb.

O, 1971-ci ildə Naxçıvan şəhərində anadan olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol