Menu

Bayden Si Cinpinlə yaxın aylarda görüşə bilər

20.06.2023, 18:58
Bayden Si Cinpinlə yaxın aylarda görüşə bilər

ABŞ Prezidenti Co Bayden və Çin lideri Si Cinpin arasında şəxsi görüş yaxın bir neçə ay ərzində baş tuta bilər.

APA ABC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

"Prezident Bayden və Si Cinpin arasında şəxsi qarşılıqlı əlaqənin əsl əvəzi yoxdur. Ona görə də mən gözləyirəm ki, biz bunu yaxın aylarda görəcəyik", - o, üz-üzə görüşün mümkün vaxtı ilə bağlı sualı cavablandırarkən deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol