Menu

11 yaşlı oğlan bıçaqlanıb

21.06.2023, 09:49
11 yaşlı oğlan bıçaqlanıb

1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan şəxs 11 yaşlı oğlanı bıçaqlayıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan, 1983-cü il təvəllüdlü S.Həsənovla 2012-ci il təvəllüdlü Ö.Məmmədlinin yoldan keçən qadınlara söz atması səbəbi ilə bağlı aralarında mübahisə yaranıb. Nəticədə o, 11 yaşlı oğlanın qarın nahiyəsinə 1 dəfə bıçaqla vuraraq bədən xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol