Menu

Pentaqon Ukraynaya göndərilən yardımın məbləğini 6,2 milyard şişirdib

21.06.2023, 11:28
Pentaqon Ukraynaya göndərilən yardımın məbləğini 6,2 milyard şişirdib

ABŞ Müdafiə Nazilriyinin (Pentaqon) mühasibat bölməsinin səhvi nəticəsində Ukraynaya göndərilən hərbi yardımın məbləği real dəyərindən 6,2 milyard dollar artıq göstərilib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Sabrina Sinq mətbuata müsahibəsində deyib.

Sinq əmin edib ki, mühasibatlıq səhvi ABŞ-ın Ukraynaya yardım çatdırmasına təsir etməyəcək.

Sözügedən səhvin 2023-cü maliyyə ilinin sonunda aşkar edildiyi, bunun üçün də Pentaqonun Ukraynaya əlavə 6,2 milyard dollarlıq hərbi yardım göndərməli olduğu bildirilir.

“Associated Press”-in məlumatına görə, ABŞ Rusiyanın işğalı başlayandan bəri Ukraynanın təhlükəsizliyi üçün 40 milyard dollardan çox vəsait ayırıb. Pentaqonun hesablama səhvini nəzərə aldıqda bu rəqəm 34 milyard dollara yaxındır.

Məlumata görə, Ağ Ev maliyyə ilinin sonuna qədər Konqresdən Ukraynaya əlavə yardım istəməyi planlaşdırmır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol