Menu

Səfa Mirzəyev Məhkəmə-Hüquq Şurasının üzvü seçilib

21.06.2023, 13:32
Səfa Mirzəyev Məhkəmə-Hüquq Şurasının üzvü seçilib

Milli Məclisin sabiq Aparat rəhbəri Səfa Mirzəyev Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.

Bu barədə “Report”a Şuradan məlumat verilib.

Bildirilib ki, bu gün qanuna uyğun qaydada ölkənin bütün məhkəmələrini təmsil edən 130 hakimin iştirakı ilə keçirilən konfransda hüquq ictimaiyyətinin nümayəndəsi qismində Səfa Abbas oğlu Mirzəyev açıq səsvermə yolu ilə Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.

Xatırladaq ki, Milli Məclisin sabiq Aparat rəhbəri S.Mirzəyev ötən ilin mayında təqaüdə göndərilib.

Şərhlər

Camaat 2023-06-24 15:57:22

Antimilli ünsür.

pensioner 2023-06-21 13:46:21

Seçilib,çox nahaq yerə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol