Ukrayna Prezidenti Volodimir Zelenski Vladimir Putinin nüvə silahına əl atacağı barədə ehtimallara münasibət bildirib.
“AzPolitika.info” xəbər verir ki, “BBC”-yə müsahibəsində Zelenski Putinin nüvə düyməsinə basacağına inanmadığını deyib: “Mən düşünmürəm ki, o bunu etməyə hazırdır. Çünki o, öz həyatından qorxur və canını çox sevir...”
Bununla yanaşı, Ukrayna Prezidenti Putinin reallıqla əlaqəsinin kəsildiyini bildirib: “Ancaq mən bunu tam əminliklə də deyə bilmərəm. Xüsusilə də o adam haqqında ki, reallıqla əlaqəsini itirib və 21-ci əsrdə qonşusuna qarşı geniş miqyaslı müharibəyə başlayıb”.
“AzPolitika.info”


Şərhlər