Menu

Erməni rəsmidən etiraf

21.11.2014, 12:45
Erməni rəsmidən etiraf

Ovannisyan Qarabağın fəzasının bizə məxsus olduğunu deyib

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan 23 qabaq Qarakənddə Azərbaycan helikopterinin vurulmasından danışarkən şok etiraf edib.

ANS PRESS-in məlumatına görə, o, söhbət əsnasında Dağlıq Qarabağ üzərindəki hava sahəsinin Azərbaycana məxsusluğunu bildirib.

1991-ci il noyabrın 20-də Dağlıq Qarabağın Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulmuş helikopterdə Azərbaycanın dövllət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfi Hacıyev, həmçinin Qazaxıstan və Rusiya təmsilçiləri həlak olmuşdular.

Faciə baş verən zaman SSRİ-nin hələ dağılmadığını bildirən Artsrun Ovannisyan vəziyyəti indiki günlərlə müqayisə edib: “Azərbaycan o vaxt da öz hava məkanına nəzarət edə bilmirdi”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol