Menu

Ermənistanda partiya sədri həbs edildi – Polis əməkdaşı ilə cinayət əlaqəsinə girib...

22.06.2023, 18:41
Ermənistanda partiya sədri həbs edildi – Polis əməkdaşı ilə cinayət əlaqəsinə girib...

Ermənistanda “İctimai səs” partiyasının sədri Karine Qukasyan İstintaq Komitəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində saxlanılıb, daha sonra onun barəsində həbs-qətimkan tədbiri seçilib.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

“İstintaq zamanı Karine Qukasyanın İrəvan Şəhər Polis İdarəsinin müvafiq xidmətinin əməkdaşı ilə yaxın və şəxsi münasibətlərdə olması barədə sübutlar əldə edilib və onlar sosial şəbəkə tətbiqi vasitəsilə əlaqə saxlayıblar. Məmur onunla cinayət əlaqəsinə girərək, Ermənistan rəhbər orqanlarının məlumat bazalarından istifadə edərək, K.Qukasyana məxfi məlumatlar ötürüb. Partiya sədrinə qarşı Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittihamlar irəli sürülüb".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol