Menu

Rusiyadan radioaktiv maddəni çıxarmağa cəhd edən 5 nəfər saxlanılıb

23.06.2023, 10:36
Rusiyadan radioaktiv maddəni çıxarmağa cəhd edən 5 nəfər saxlanılıb

Rusiya Federal Təhlükəsizlik Xidməti çəkisi bir kiloqram olan "Sezium-137" radioaktiv maddəni ölkədən çıxarmağa cəhd edən 5 nəfəri saxlayıb.

“Report” xəbər verir ki, məlumatı Xidmətin İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb.

Bildirilib ki, Rusiya qanunlarına əsasən, "Sezium-137" iztopunun ölkədən çıxarılması qadağandır.

Məlumata görə, bu radioaktiv maddənin 1 kq-ı 3 500 000 dollar dəyərindədir.

İnformasiyaya əsasən, "Sezium-137"dən “çirkli bomba” üçün “içlik” hazırlanmasında istifadə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol