Menu

"Ermənilərin Laçındakı təxribatından sonra Gədəbəydəki təxribat gözlənilən idi” - Deputat

23.06.2023, 11:52
"Ermənilərin Laçındakı təxribatından sonra Gədəbəydəki təxribat gözlənilən idi” - Deputat

“Bu yaxınlarda Laçın nəzarət-buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatdan sonra Gədəbəydəki təxribat gözlənilən idi”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin növbədənkənar sessiyasının iyunun 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, AŞPA-da erməni deputatların bu təxribatı necə səbirsizliklə gözlədiklərini müşahidə ediblər: “Beynəlxalq təşkilatlardakı ermənipərəst deputatlar da öz fəaliyyətlərindən əl çəkmirlər. Ermənipərəst deputat Natali ilə görüşmək istəyəndə bizi qəbul etməmişdi”.

Milli Məclisin sədri Sahibə Qafarova isə T.Gəncəliyevə cavabında bildirib ki, gərək elə o görüşmək istəməyəndə dərhal tviterdə status yazardınız: “O, Avropa Parlamentinin deputatı, siz isə Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədrisiniz”.

Şərhlər

Camaat 2023-06-24 15:50:28

Ay əldəqayırma deputat qandığın şeydən danış.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol