Menu

"Mərkəzi Bankın məqsədi pul qazanmaq yox, qiymətlərin sabitliyini təmin etmək olmalıdır" - Əli Məsimli

23.06.2023, 13:11
"Mərkəzi Bankın məqsədi pul qazanmaq yox, qiymətlərin sabitliyini təmin etmək olmalıdır" - Əli Məsimli

Mərkəzi Bankın məqsədi pul qazanmaq yox, qiymətlərin sabitliyini təmin etmək, qiymətləri aşağı salmaq olmalıdır.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.

Deputat bildirib ki, bu sahədə olan dəyişikliklərlə Mərkəzi Bank bilavasitə özünün funksiyalarını yerinə yetirməklə məşğul olmalıdır: “Mərkəzi Bankın fəaliyyəti niyə yoxlanılmamalıdır? Ötən ilin mart ayında Azərbaycanda 3,2 % inflyasiya olub. MDB üzrə inflyasiya göstəricisi 2 % olub. Bizdə inflyasiyanın artım tempi MDB-dən yüksəkdir. Mərkəzi Bank 8 % inflyasiya proqnozlaşdırır və bu, birrəqəmli inflyasiyadır. Amma İqtisadiyyat Nazirliyinin inflyasiya proqnozu ikirəqəmlidir. Bu aradakı fərqə aydınlıq gətirilməlidir”.

Şərhlər

sual 2023-06-23 16:31:52

“Mərkəzi Bankın fəaliyyəti niyə yoxlanılmamalıdır?”.... Bu sual sizə ünvünlanmalıdır, Mərkəzi bank hər il Milli məclisdə Hesabat verir, niyə qiymətləndirə bilmirsiz onun fəaliyyətini ??? Çünki mərkəzi bankın məsuliyyəti dəqiq müəyyənləşdirilməyib mövcud qanunvericiliklə......sizin müəyyənləşdirdiyiniz qanunlarla......nə üçün inkişaf etmiş ölkələrdə əgər mərkəzi bank qanunla müəyyənləşdirilmiş öhdəliklərini yerinə yetirmirsə onun sədri konkret olaraq məsuliyyət daşıyır bunun üçün??? Nə çatmır qanunvericiliyimizdə və niyə ???....)))))))))

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol