Menu

“Rusiya bilməlidir ki, bu halda NATO ilə müharibə edəcək” - Senatorlar

23.06.2023, 14:05
“Rusiya bilməlidir ki, bu halda NATO ilə müharibə edəcək” - Senatorlar

ABŞ-ın iki senatoru Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyi təqdirdə bunun NATO-ya hücum sayılmasını tövsiyyə edən qətnamə layihəsi hazırlayıb.

“AzPolitika.info” Qərb mediasına istinadla xəbər verir ki, qətnamə layihəsini Senata respublikaçı Lindsey Graham və demokrat Riçard Blumental təqdim ediblər.

Buna səbəb kimi isə Rusiyanın taktiki nüvə silahlarını Belarusa verməsini göstəriblər.Senatorların fikrincə, bu addım Ukraynada müharibənin qızğın vaxtında qlobal təhlükəsizliyə ciddi təhlükə yaradır.

"Bu təhlükənin qarşısını almağın ən yaxşı yolu Putin Rusiyasına nüvə silahından istifadə edəcəkləri təqdirdə nə baş verəcəyini aydın şəkildə çatdırmaqdır. Demək lazımdır ki, NATO-dan kütləvi cavab zərbəsi gözləyin,siz NATO ilə müharibə edəcəksiniz”, - onlar bildiriblər.

Qanunvericilər ümid edirlər ki, qətnamə layihəsi qəbul olunarsa, Putin və onun qoşunlarına riskləri dərk etmək şansı verməklə nüvə silahından istifadənin qarşısını almağa kömək edəcək.

Bundan əvvəl ABŞ hərbçiləri və Ağ Evin nümayəndələri dəfələrlə bəyan ediblər ki, onlar hələlik Rusiyanın nüvə zərbəsinə hazırlaşmasının əlamətlərini görmürlər. Buna müvafiq olaraq, ABŞ nüvə qüvvələrinin döyüş hazırlığının səviyyəsini dəyişmək niyyətində deyil.

Rusiya rəsmiləri isə “dövlət üçün təhlükə” yaranacağı təqdirdə nüvə silahından istifadə etməyi planlaşdırdıqlarını bəyan ediblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol