Menu

“Putinə zəng etməyəcəm, amma...” – Makron “ağıllanıb”

23.06.2023, 16:30
“Putinə zəng etməyəcəm, amma...” – Makron “ağıllanıb”

Fransa Prezidenti Emmanuel Makron hazırda Vladimir Putinə zəng etmək üçün heç bir əsas görmədiyini bildirib.

“AzPolitika.info” xəbər verir ki, Fransa mətbuatına danışan Makron Putinə zəng etməyəcəyini, lakin ondan zəng gəlsə, qəbul edəcəyini deyib: “Mənim indi ona zəng etməyim üçün səbəb yoxdur... əgər o, mənə nəsə təklif etmək üçün zəng etsə, mən danışmağa razı olacağam. Hesab edirəm ki, əvvəlcə Rusiya müharibəni dayandırmalı və beynəlxalq hüququ qəbul etməlidir. Bu gün beynəlxalq hüquqa hörmət olmadığı halda dialoqu bərpa etmək mümkün deyil”.

Xatırladaq ki, müharibə başlayandan sonra Makron Putinə 10 dəfədən çox zəng edib. Ancaq bunun heç bir nəticəsi olmayıb. Hətta Ukrayna Prezidenti Volodimir Zelenski ona mənasız zəngləri dayandırmağı təklif edib.

“AzPolitika.info”

Şərhlər

Eli 2023-06-23 17:42:43

Bu şerhler de boş şeydir neyise hell etmir ancaq adam üreyini yalandan da olsa boşsldır:Yeni iki fahişeden emele gelmiş iki Beynelxalq satatuslu Fahişeler.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol